Xaçmazda avtomobillə yeniyetməni vurub öldürən sürücünün kimliyi məlum olub.
"Report"un Şimal bürosunun məlumatına görə, rayonun Nərəcan kəndinin ərazisində piyadanın ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qeyd edək ki, Nərəcan kənd sakini Təyyar Xəlilov idarə etdiyi "Hyundai" markalı minik avtomobili ilə qohumu, 2011-ci il təvəllüdlü Turan Məcidovu vurub.
T.Məcidovun meyiti müayinə edildikdən sonra ailəsinə təhvil verilib.
Qəzanı törədən T.Xəlilov isə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şimal bürosunun məlumatına görə, Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonu Nərəcan kəndindən keçən hissəsində "Hyundai" markalı avtomobil hərəkətdə olan zaman digər avtomobilin arxasından qəfil çıxan piyada, 14 yaşlı Məcidov Turan Məmməd oğlunu vurub.
Ağır xəsarətlər alan piyada xəstəxanaya aparılsa da, yolda ölüb.
Qeyd edək ki, T.Məcidov Nərəcan kənd tam orta məktəbinin 8-ci sinifində oxuyurdu.
Faktla bağlı araşdırma aparılır.