Xaçmazda avtomobil ağaca çırpılıb, iki nəfər ağır yaralanıb

Xaçmazda avtomobil ağaca çırpılıb, iki nəfər ağır yaralanıb ​Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
24 Avqust , 2016 13:19
Xaçmazda avtomobil ağaca çırpılıb, iki nəfər ağır yaralanıb

Xaçmaz. 24 avqust. REPORT.AZ/ Xaçmaz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Şimal bürosunun məlumatına görə, hadisə Qəndob-Yalama magistralının 47-ci kilometrliyində qeydə alınıb. 

Xaçmaz rayon sakini, 25 yaşlı Elvin Nöhbala oğlu Şıxıyev "Volkswagen-Passat" markalı, 90 NT 637 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarındakı ağaca çırpılıb. Deformasiyaya uğrayan avtomobildə sürücü və onun sərnişini Xaçmaz rayon sakini Turanə Hacıəhməd qızı Heybətova ağır bədən xəsarətləri alıblar. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və vəziyyətləri ağır olaraq qalır.
Hadisə yerinə Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları baxış keçirib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi