Xaçmazda yol patrul xidmətinin əməkdaşları anasını öldürən şəxsi saxlayıb.
"Report"un şimal bürosunun yerli sakinlərdən əldə etdiyi məlumatına görə, Xaçmaz rayonunun Əzizli kəndində Səmən Sultanovanı balta ilə qətlə yetirdikdən sonra hadisə yerini tərk edərək gizlənən Ramiz Sultanov günün ikinci yarsında Xaçmaz şəhəri ərazisində tutulub.
Belə ki, Ramiz Sultanov Xaçmaz ərazisində xidmət aparan YPX-nin inispektoru, polis serjantı Fəqan Babayev tərəfindən kafelərin birində tutularaq Xaçmaz Rayon Polis Şöbəsinə təhvil verilib.
Xatırladaq ki, hadisə yanvarın 13-də baş verib. Əzizli kənd sakini Ramiz Sultanov anasını qətlə yetirərək hadisə yerini tərk edib. Həmin şəxsin saxlanılması üçün polis əməkdaşları tərəfindən intensiv əməliyyat-axtarış tədbirləri görülüb.
Qeyd edək ki, R.Sultanov ruhi xəstədir.
Faktla bağlı araşdırma aparılır.