Xaçmazda adam öldürüb, meşədə basdıran şəxslərin məhkəməsi başlayıb

Xaçmazda adam öldürüb, meşədə basdıran şəxslərin məhkəməsi başlayıb Bakı. 7 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmazda qətl törətməkdə təqsirləndirilən Şahin İmanov və Elburus Abdullayevin cinayət işi üzrə məhkəmə başlayıb.
Hadisə
7 Yanvar , 2019 15:46
Xaçmazda adam öldürüb, meşədə basdıran şəxslərin məhkəməsi başlayıb
0 : 00
0 : 00

Bakı. 7 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmazda qətl törətməkdə təqsirləndirilən Şahin İmanov və Elburus Abdullayevin cinayət işi üzrə məhkəmə başlayıb.

"Report"un xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 17-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il iyunun 1-də Xaçmaz rayonunun Əbilyatağı kəndi ərazisində baş verib. Xaçmaz rayon sakini Ş.İmanovla E.Abdullayev Mirzağa Əzizovu qətlə yetirərək Əbilyatağı kəndi ərazisindəki meşəlik massivində basdırıblar.

Hadisədən 10 gün sonra Ş.İmanov Xaçmaz rayon Polis şöbəsinə könüllü gələrərək E.Abdullayevlə hadisəsini törətdiyini etiraf edib.

Xaçmaz rayon Polis şöbəsinin və rayon Prokurorluğunun əməkdaşları tərəfindən qeyd olunan əraziyə baxış keçirilib və basdırılmış kişi meyiti oradan çıxarılaraq Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının morquna aparılıb.

Cinayətdə şübhəli bilinən E.Abdullayev barəsində axtarış elan olunub, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə o, həmin gün saxlanılaraq rayon prokurorluğuna təhvil verilib.

Son xəbərlər

Orphus sistemi