Xaçmazda adam öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Xaçmazda adam öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayır Xaçmazda adam öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayır.
Hadisə
25 Aprel , 2022 11:26
Xaçmazda adam öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Xaçmazda adam öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayır.

Bu barədə "Report"a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, bu il yanvarın 8-də rayonun Köhnə Xaçmaz kənd sakini, 1986-cı il təvəllüdlü Cavid Mahmudovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanan cinayət işi üzrə istintaq tamamlanıb.

Aparılan istintaqla zərərçəkmişin uzaq qohumu, 1982-ci il təvəllüdlü Nail Mahmudovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı yivsiz ov tüfəngindən atəş açaraq Cavid Mahmudovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Nail Mahmudov Cinayət Məcəlləsinin 29, 120.1-ci (Adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi