Tone Kayzer: Balkan ölkələrinin gələcəyi Avropa İttifaqındadır

Digər ölkələr
  • 22 oktyabr, 2026
  • 12:07
Tone Kayzer: Balkan ölkələrinin gələcəyi Avropa İttifaqındadır

Balkan ölkələrinin gələcəyi Avropa İttifaqındadır (Aİ).

"Report"un Balkan bürosu xəbər verir ki, bu barədə Sloveniyanın Xarici və Avropa İşləri Nazirliyinin nümayəndəsi Tone Kayzer Monteneqroda keçirilən Berlin Prosesi Liderlər Sammiti çərçivəsində jurnalistlərə açıqlamasında danışıb.

O bldirib ki, Sloveniya Aİ-nin genişlənmə prosesinə və Qərbi Balkan ölkələrinin inteqrasiyasına tam dəstək verir.

Sloveniya rəsmisi Monteneqronun Aİ-yə üzvlük yolunda atdığı addımları və əldə etdiyi nəticələri də yüksək qiymətləndirib:

"Müzakirələrin müsbət nəticələr verəcəyinə inanırıq. Sloveniya genişlənmə prosesinə olduqca güclü dəstək vermək üçün buradadır. Biz Monteneqronun həqiqətən uğurlu irəliləyişinin şahidi oluruq və bütün regionun gələcəyini məhz Avropa İttifaqında görürük. Növbəti görüşləri və birgə addımları səbirsizliklə gözləyirik".