Xaçmazda adam öldürüb, meşədə basdıran şəxslərin cinayət işi məhkəməyə göndərilib

Xaçmazda adam öldürüb, meşədə basdıran şəxslərin cinayət işi məhkəməyə göndərilib Bakı. 25 dekabr. REPORT.AZ/ Xaçmazda qətl törətməkdə təqsirləndirilən Şahin İmanov və Elburus Abdullayevin cinayət işinin ibtidai istintaqı başa çatıb.
Hadisə
25 Dekabr , 2018 09:57
Xaçmazda adam öldürüb, meşədə basdıran şəxslərin cinayət işi məhkəməyə göndərilib

Bakı. 25 dekabr. REPORT.AZ/ Xaçmazda qətl törətməkdə təqsirləndirilən Şahin İmanovElburus Abdullayevin cinayət işinin ibtidai istintaqı başa çatıb.

"Report"un məlumatına görə, onların barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mayıl Bayramovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, qətl hadisəsi bu il iyunun 1-də Xaçmaz rayonun Əbilyatağı kəndi ərazisində baş verib. Xacmaz rayon sakini Ş.İmanovla E.Abdullayev Mirzağa Əzizovu qətlə yetirərək, Əbilyatağı kəndi ərazisindəki meşəlik massivində basdırıblar.

Hadisədən 10 gün sonra Ş.İmanov Xaçmaz Rayon Polis Şöbəsinə könüllü gələrərək, E.Abdullayevlə hadisəsini törətdiyini etiraf edib.

Xaçmaz Rayon Polis Şöbəsinin və rayon Prokurorluğunun əməkdaşları tərəfindən qeyd olunan əraziyə baxış keçirilib və basdırılmış kişi meyidi oradan çıxarılaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb.

Cinayətdə şübhəli bilinən E.Abdullayev barəsində axtarış elan olunub, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə o, həmin gün saxlanılaraq rayon prokurorluğuna təhvil verilib.

Son xəbərlər

Orphus sistemi