Xaçmazda 45 yaşlı kişi bıçaqlanıb

Hadisə
  • 19 fevral, 2022
  • 17:33
Xaçmazda 45 yaşlı kişi bıçaqlanıb

Xaçmazda bıçaqlanma hadisəsi olub.

"Report"un Şimal bürosunun məlumatına görə, rayonun Sibiroba kəndində 1977-ci il təvəllüdlü Valeh Pənah oğlu Novruzov bıçaq xəsarəti alıb.

Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona bıçaq xəsarəti yetirməkdə həmkəndlisi Süleyman Qərib oğlu Rzayev şübhəli bilinir.

Faktla bağlı araşdırmalara başlanılıb.

44 - Tezliklə