Xaçmazda 42 yaşlı kişi bıçaqlanıb

Hadisə
  • 19 mart, 2022
  • 14:52
Xaçmazda 42 yaşlı kişi bıçaqlanıb

Xaçmaz şəhərində bıçaqlanma hadisəsi baş verib.

"Report"un Şimal bürosunun xəbərinə görə, şəhər sakini, 1980-ci il təvəllüdlü Elman Qəzənfər oğlu Namazov bıçaq xəsarəti alıb.

Yaralı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

E.Namazova döş qəfəsinin ön nahiyəsinin sağdan kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Hadisəni törədən şəxsin kimliyinin təyin edilməsi istiqamətində istintaq tədbirləri aparılır.

Faktla bağlı araşdırma başlanılıb.