Xaçmazda 12 yaşlı oğlan süni göldə batıb - YENİLƏNİB

Xaçmazda 12 yaşlı oğlan süni göldə batıb - YENİLƏNİB Xaçmaz. 19 sentyabr. REPORT.AZ/ Xaçmaz rayonunun Qobuqıraq kəndində süni göldə batdığı ehtimal edilən 2006-cı il təvəllüdlü Osmanov Hüseyn Elnur oğlunun axtarışları başa çatıb.
Hadisə
19 Sentyabr , 2018 17:35
Xaçmazda 12 yaşlı oğlan süni göldə batıb - YENİLƏNİB
Report
0 : 00
0 : 00

Xaçmaz. 19 sentyabr. REPORT.AZ/ Xaçmaz rayonunun Qobuqıraq kəndində süni göldə batdığı ehtimal edilən 2006-cı il təvəllüdlü Osmanov Hüseyn Elnur oğlunun axtarışları başa çatıb.

"Report"un Şimal bürosu xəbər verir ki, H.Osmanovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


*** 17:12

Xaçmaz. 19 sentyabr. REPORT.AZ/ Xaçmaz rayon sakini göldə batıb. 

"Report"un Şimal bürosu xəbər verir ki, rayonunun Qobuqıraq kəndində göldə bir nəfərin batdığı ehtimal olunur. 

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. 

Son xəbərlər

Orphus sistemi