Xaçmazda 12 yaşlı məktəbli yelləncəyin ipində boğulub

Xaçmazda 12 yaşlı məktəbli yelləncəyin ipində boğulub Xaçmazda yeniyetmə yelləncəkin ipində bogulub. "Report"un Şimal bürosunun yerli sakinlərdən əldə etdiyi məlumatına görə, hadisə rayonun Niyazoba kəndində qeydə alınıb. Beləki, Niyazoba kənd sakini, 2010-ci il təvəllüdlü Fərid Emin oğlu Cəbrayılov
Hadisə
14 Aprel , 2022 19:33
Xaçmazda 12 yaşlı məktəbli yelləncəyin ipində boğulub

Xaçmaz rayonunda 12 yaşlı məktəblinin boğazına yelləncəyin ipi dolaşaraq uşağı boğub.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Niyazoba kəndində qeydə alınıb.

Belə ki, Niyazoba kənd sakini, 2010-cu il təvəllüdlü Fərid Emin oğlu Cəbrayılov yaşadığı ərazidə yelləncəkdə oynayarkən ehtiyatsızlıqdan yelləncəyin ipi onun boğazına dolaşıb. Uşaq hadisə yerində ölüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi