Xaçmazda qadın dəm qazından boğulub

Xaçmazda qadın dəm qazından boğulub Xaçmazda 57 yaşllı qadın dəm qazından boğulub.
Hadisə
17 Noyabr , 2021 18:27
Xaçmazda qadın dəm qazından boğulub

Xaçmazda 57 yaşlı qadın dəm qazından boğulub.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayonunun Yergüc kənd sakini, 1964-cü il təvəllüdlü Nəsibə Vəzirxan qızı Həmidova yaşadığı evdə çimmək üçün hamam otağına girib. Onun uzun müddət orada qaldığını və səssiz olduğunu görən yaxınları hamamın qapısını qıraraq içəri giriblər.

Hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının həkimləri çağırılıb. Huşsuz vəziyyətdə olan qadına ilkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə yerləşdirilib. Qadının dəm qazından öldüyü təsdiqlənib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi