Xaçmaza sərnişin aparan sürücü və 27 sərnişin saxlanıldı

Xaçmaza sərnişin aparan sürücü və 27 sərnişin saxlanıldı Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin qaydalarını pozaraq, Siyəzən rayonundan Xaçmaz rayonuna sərnişin daşımağa cəhd edən sürücü saxlanılıb.
Hadisə
1706
11 Avqust , 2020 11:03
Xaçmaza sərnişin aparan sürücü və 27 sərnişin saxlanıldı

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin qaydalarını pozaraq, Siyəzən rayonundan Xaçmaz rayonuna sərnişin daşımağa cəhd edən sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, bu qanunsuz fəaliyyətlə məşğul olan Siyəzən rayon sakini Mübariz Məhərrəmov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla sərnişinləri Xaçmaz rayonuna aparmaq istəyən zaman rayonun girişində polis əməkdaşları tərəfindən saxlanılıb.

Yoxlanış zamanı M.Məhərrəmovun icazəsi olmayan 27 sərnişini Xaçmaz rayonuna apardığı məlum olub.
Sürücü M.Məhərrəmov və 27 sərnişinlər barəsində İXM-nin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək, cərimə olunublar.

Son xəbərlər

Orphus sistemi