Xaçmaz sakininin itkin düşməsi ilə bağlı açılan cinayət işi üzrə icraat təzələnib

Xaçmaz sakininin itkin düşməsi ilə bağlı açılan cinayət işi üzrə icraat təzələnib Xaçmaz şəhər sakininin itkin düşməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə icraat təzələnib.
Hadisə
11 Yanvar , 2022 15:05
Xaçmaz sakininin itkin düşməsi ilə bağlı açılan cinayət işi üzrə icraat təzələnib

Xaçmaz şəhər sakininin itkin düşməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə icraat təzələnib.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xaçmaz şəhər sakini Məhəmməd Əsədullayevin 2020-ci il iyulun 17-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmaması faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə başlanılan cinayət işi üzrə icraat şəxsin özünün və yaxud öldüyü halda meyitinin tapılması mümkün olmadığından 2020-ci il dekabrın 1-də dayandırılıb.

2021-ci il dekabrın 11-də Xaçmaz şəhəri Qudyalçay çayının kənarında aşkar edilən insan kəllə sümüyü və insan sümüyünün fraqmentlərinin təyin edilən məhkəmə-genetik ekspertizasının rəyinə əsasən, itkin düşən Məhəmməd Əsədullayevə məxsus olması məlum olub.

Hazırda Xaçmaz Rayon Prokurorluğunda cinayət işi üzrə icraat təzələnərək istintaq davam edir. Məhəmməd Əsədullayevin ölümünün səbəbini müəyyənləşdirmək məqsədilə məhkəmə-tibbi kriminalistik ekspertizası təyin edilib.

Son xəbərlər

Orphus sistemi