Yuxarı

​Xaçmaz sakini taxta köşkdə yanaraq dünyasını dəyişib

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub

Bakı. 30 aprel. REPORT.AZ/ Səhər saatlarında Xaçmaz rayonunun Yalama kəndində 1952-ci il təvəllüdlü Abdulhəlim Sədrə oğlu Muradxanova məxsus yaşayış üçün nəzərdə tutulmuş taxta konstruksiyalardan ibarət köşkün yanar konstruksiyaları yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən A.S. Muradxanovun yanmış meyiti aşkar olunub.

Yaxınlıqdakı bağ sahəsi yanğından mühafizə edilib. Yanğın saat 05:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi