Xaçmaz rayon sakinini döyməkdə təqsirləndirilən şəxsin cəzası yüngülləşdirilib

Xaçmaz rayon sakinini döyməkdə təqsirləndirilən şəxsin cəzası yüngülləşdirilib Onun 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası 3 ilə endirilib
Hadisə
14 Yanvar , 2017 17:57
Xaçmaz rayon sakinini döyməkdə təqsirləndirilən şəxsin cəzası yüngülləşdirilib

Bakı. 14 yanvar. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Vadim İslamovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Hüseyn Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, V.İslamovun apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, onun 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası 3 ilə endirilib.

Qeyd edək ki, cinayət hadisəsi 2016-cı il aprelin 9-da Qusar rayonunun Samur qəsəbəsində baş verib. 1990-cı il təvəllüdlü V.İslamov mübahisə zəminində Xaçmaz rayonunun Nərəcən kənd sakini Elşad Mustafayevi döyüb. V.İslamov hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin (CM) 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.İslamov 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. Vəkil məhkumun barəsində CM-nin 70-ci (şərti) maddəsinin tətbiq edilməsini və ona şərti cəza verilməsini istəyib.

Son xəbərlər

Orphus sistemi