​Xaçmaz-Quba yolunda zəncirvari yol nəqliyyat hadisəsi baş verib, 2 nəfər xəsarət alıb - FOTO

​Xaçmaz-Quba yolunda zəncirvari yol nəqliyyat hadisəsi baş verib, 2 nəfər xəsarət alıb - FOTO Hadisə Armudpadar kəndi ərazisindən keçən yolda qeydə alınıb
Hadisə
7 İyul , 2016 02:15
​Xaçmaz-Quba yolunda zəncirvari yol nəqliyyat hadisəsi baş verib, 2 nəfər xəsarət alıb - FOTO

Bakı. 7 iyul. REPORT.AZ/ Xaçmaz-Quba yolunda zəncirvari yol nəqliyyat hadisəsi baş verib. "Report"un Şimal bürosu xəbər verir ki, hadisə Xaçmaz-Quba yolunun 4-cü kilometrliyində, yolun Xaçmazın Armudpadar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 90 RN 638 dövlət qeydiyyat nişanlı "Mitsubishi" markalı avtomobil 10 DF 577 dövlət qeydiyyat nişanlı "Vaz 2105" markalı avtomobillə toqquşub və sonra yoldan keçən yol polisinin idarə etdiyi şəxsi "Vaz 21014" markalı avtomobillə toqquşub.

Hadisə zamanı 2 nəfər xəsarət alıb. 

Xaçmazın Armudpadar kənd sakini, 2003–cü il təvəllüdlü Sultanov Nicat Cahangir oğlu sağ alıncıq nayihəsinin yaralanması diaqnozu ilə, Xaçmazın Həcəlbəy kənd sakini, 1989–cu il təvəllüdlü Şahvələdov Çingiz Qüdrət oğlu isə döş qəfəsinin əzilməsi diaqnozu ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Digər avtomobili idarə edən yol polisi əməkdaşının "Vaz 21014" markalı avtomobili isə ciddi ziyan görsə də, sürücü polis xəsarət almayıb. 

Son xəbərlər

Orphus sistemi