Xabarovskda qanunsuz şəkildə yolka satışı ilə məşğul olan azərbaycanlı saxlanılıb

Xabarovskda qanunsuz şəkildə yolka satışı ilə məşğul olan azərbaycanlı saxlanılıb Saxlanılan şəxs məsələnin araşdırılması məqsədilə rayon polis bölməsinə aparılıb
Hadisə
27 Dekabr , 2016 10:36
Xabarovskda qanunsuz şəkildə yolka satışı ilə məşğul olan azərbaycanlı saxlanılıb

Bakı. 27 dekabr. REPORT.AZ/ Xabarovskda şəhər administrasiyası və polis əməkdaşları, eləcə də dövlət meşə müfəttişləri qanunsuz yolka satışını aşkarlamaq məqsədilə profilaktik tədbirlər keçirib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, keçirilmiş profilaktik tədbirlər zamanı azərbaycanlı saxlanılıb.

Onun üzərində şəxsiyyətini təsdiq edən heç bir sənəd olmayıb. Saxlanılan şəxs məsələnin araşdırılması məqsədilə rayon polis bölməsinə aparılıb.

Son xəbərlər

Orphus sistemi