Faktla bağlı cinayət işi başlanılıb.
Xətai rayonunda qətl hadisəsi olub
Hadisə
29 Oktyabr , 2014
12:26
![Xətai rayonunda qətl hadisəsi olub Xətai rayonunda qətl hadisəsi olub](https://static.report.az/photo/e5628d38-ae09-4403-9256-5120abb81343_850.jpg)
![](https://report.az/images/views.png?id=719952&lang=az&x=1722065159.8308)
Bakı. 29 oktyabr. REPORT.AZ/ Bakının Xətai rayonunda qətl hadisəsi olub. Bakı şəhər Baş Polis İdarəsindən "Report"a verilən məlumata görə, rayonun Məshəti küçəsində Bakı şəhər sakinləri - 1989-cu il təvəllüdlü Elşad Kərimov, 1991-ci il təvəllüdlü Ömər Cəbrayılzadə və 1990-cı il təvəllüdlü Anar Süleymanov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. E.Kərimov aldığı xəsarətlər nəticəsində xəstəxanada ölüb. Xətai Rayon Polis İdarəsi (RPİ) 34-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayəti törədən Goranboy rayon sakini, 1993-cü il təvəllüdlü Orxan Abdullayev tutulub.
Son xəbərlər
![Orphus sistemi](/public/images/orphus.gif)