Xətai rayonunda qətl hadisəsi olub

Xətai rayonunda qətl hadisəsi olub Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
29 Oktyabr , 2014 12:26
Xətai rayonunda qətl hadisəsi olub
Bakı. 29 oktyabr. REPORT.AZ/ Bakının Xətai rayonunda qətl hadisəsi  olub. Bakı şəhər Baş Polis İdarəsindən "Report"a verilən məlumata görə, rayonun Məshəti küçəsində Bakı şəhər sakinləri - 1989-cu il təvəllüdlü Elşad Kərimov, 1991-ci il təvəllüdlü Ömər Cəbrayılzadə və 1990-cı il təvəllüdlü Anar Süleymanov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. E.Kərimov aldığı xəsarətlər nəticəsində xəstəxanada ölüb. Xətai Rayon Polis İdarəsi (RPİ) 34-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayəti törədən Goranboy rayon sakini, 1993-cü il təvəllüdlü Orxan Abdullayev tutulub.

Faktla bağlı cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi