Vyetnamda daşqın və torpaq sürüşməsi olub: 17 nəfər ölüb, 11 nəfər itkin düşüb

Vyetnamda daşqın və torpaq sürüşməsi olub: 17 nəfər ölüb, 11 nəfər itkin düşüb Bakı. 26 iyun. REPORT.AZ/ Vyetnamın şimalında leysan yağışlar səbəbindən yaranan daşqın və torpaq sürüşməsi nəticəsində azı 17 nəfər ölüb, 11 nəfər isə itkin düşüb.
Hadisə
26 İyun , 2018 13:26
Vyetnamda daşqın və torpaq sürüşməsi olub: 17 nəfər ölüb, 11 nəfər itkin düşüb

Bakı. 26 iyun. REPORT.AZ/ Vyetnamın şimalında leysan yağışlar səbəbindən yaranan daşqın və torpaq sürüşməsi nəticəsində azı 17 nəfər ölüb, 11 nəfər isə itkin düşüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli “VnExpress” qəzeti məlumat yayıb.

Bildirilib ki, ölkənin Laytyayu əyalətində 12 nəfər, Xazyanq əyalətində 5 nəfər ölüb. Yerli sakinlərin təxliyyə olunması və itkin düşənlərin axtarılması məqsədilə əlaqədar qurumların 700 əməkdaşı cəlb edilib.

Təbii fəlakət nəticəsində əyalətlərə 3,3 milyon dollar ziyan dəyib, 40-dan artıq evi sel aparıb, 250 evə ciddi ziyan dəyib, 500 evi isə su basıb.

Xatırladaq ki, 2017-ci ildə tropik qasırğası və daşqınlar Vyetnama 2,34 milyard dollar ziyan vurmuşdu. Təbii fəlakət nəticəsində 390 nəfər ölmüşdü. 

Son xəbərlər

Orphus sistemi