ANAMA sədri: "Ermənilər Qarabağ və Şərqi Zəngəzuru 480 ton plastik kütlə ilə çirkləndiriblər"

ANAMA sədri: "Ermənilər Qarabağ və Şərqi Zəngəzuru 480 ton plastik kütlə ilə çirkləndiriblər" "Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır".
Hadisə
4 Noyabr , 2023 10:46
ANAMA sədri: Ermənilər Qarabağ və Şərqi Zəngəzuru 480 ton plastik kütlə ilə çirkləndiriblər

"Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır".

“Report” xəbər verir ki, bunu Milli Məclisdə “Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmə zamanı ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

O bildirib ki, bu gizli ölüm toxumları insanların həyatına və sağlamlığına birbaşa təhlükə yaratmaqla yanaşı, bizi əhatə edən ekosistemə zərər vurur, həm ətraf mühitə, həm də insanların rifahı və sosial inkişafına ciddi təsir edir: “İşğal dövründə Qarabağ və Şərqi Zəngəzur Ermənistan hərbi birləşmələri tərəfindən dağıdılmış və təxmini hesablamalara görə, 1.5 milyona yaxın mina və partlayıcı sursatlarla çirkləndirilmişdir. Bu, minimum hesablama ilə zərərli maddələrlə çirklənmiş 480 ton plastik kütlə deməkdir”.

Son xəbərlər

Orphus sistemi