Voronejdə polis azərbaycanlıların məclisinə basqın edib

Voronejdə polis azərbaycanlıların məclisinə basqın edib Polis Rusiyanın Voronej şəhərində yerləşən restoranların birində azərbaycanlıların keçirdiyi məclisə basqın edib.
Hadisə
15 Noyabr , 2023 13:50
Voronejdə polis azərbaycanlıların məclisinə basqın edib

Rusiya polisi Voronej şəhərində yerləşən restoranların birində azərbaycanlıların keçirdiyi məclisə basqın edib.

“Report”un xəbərinə görə, məclisdə iştirak edən şəxslərin sənədləri yoxlanılıb, 50 nəfərə Rusiya ordusunda hərbi xidmət üçün çağırış vərəqəsi verilib.

Bundan başqa, bu yaxınlarda Rusiya hüquq-mühafizə orqanları ölkənin Sankt-Peterburq şəhərində yerləşən “Kurakina dacha” adlı restoranda azərbaycanlıların toyuna basqın edib. Nəticədə məclis yarımçıq qalıb. İlkin məlumata görə, Sankt-Peterburqun hüquq-mühafizə orqanlarının əməkdaşları məclisdə iştirak edən bütün şəxslərin sənədlərini yoxlayıblar. Beş nəfərin saxlanıldığı barədə məlumat verilib.

Rusiya polisinin kobud şəkildə keçirdiyi sadalanan əməliyyatlar bu ölkədə yaşayan azərbaycanlıların hiddətinə səbəb olub.

Qeyd edək ki, Rusiyada yaşayan soydaşlarımız, Azərbaycan diasporu Rusiyanın iqtisadi, siyasi, mədəni həyatında fəal iştirak edir. Onlar belə xarakterli tədbirlərin təxribat olduğunu düşünürlər.

Son xəbərlər

Orphus sistemi