​Voronejdə əslən Azərbaycandan olan şəxs 9 il müddətinə həbs olunub

​Voronejdə əslən Azərbaycandan olan şəxs 9 il müddətinə həbs olunub 38 yaşlı kişi qrup tərkibində narkotik satışına cəhddə təqsirli bilinib
Hadisə
25 Mart , 2016 20:06
​Voronejdə əslən Azərbaycandan olan şəxs 9 il müddətinə həbs olunub

Bakı. 25 mart. REPORT.AZ/ Rusiyanın Voronej vilayətində əslən Azərbaycandan olan Faiq Ələkbərov narkotik maddə satışı ilə bağlı cinayətə görə 9 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

"Report" xəbər verir ki, 38 yaşlı kişi bir qrupun tərkibində narkotik maddə satmağa cəhddə müqəssir bilinib.

Vilayət prokurorluğunun məlumatına görə, cinayət 2015-ci ildə törədilib. Müttəhim ötən ilin yayında 50 min rubl müqabilində narkotik maddə partiyasının Moskvadan Voronejə aparılmasına dair sifarişi yerinə yetirməyə razılıq verib. İyulun 11-də F.Ələkbərovun maşını Voronejin Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilə baxış zamanı təqribən 1 kiloqram heroin və digər narkotik vasitələr aşkar olunub.

Son xəbərlər

Orphus sistemi