Tovuzda 24 yaşlı qadını cərəyan vurub

Tovuzda 24 yaşlı qadını cərəyan vurub Yaralının vəziyyəti ağırdır
Hadisə
9 iyun 2017 20:26
Tovuzda 24 yaşlı qadını cərəyan vurub

Tovuz. 10 iyun. REPORT.AZ/ Axşam saatlarında Tovuz rayonunda qadını cərəyan vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, Aşağı Əyyublu kənd sakini, 1993-cü il təvəllüdlü Cəfərova Ülviyyə mehman qızı evdə otaqlardan birinin işığını yandırmaq istəyən zaman onu cərəyan vurub. Hadisə elektrik açarının üzərinin açıq olması səbəbindən baş verib.

Ağır vəziyyətdə xəstəxanaya aparılan qadına həkimlər tərəfindən köməklik göstərilib. Onun vəziyyəti ağırdır.

Orphus sistemi