Vilayət Eyvazov sıra baxışı keçirib

Vilayət Eyvazov sıra baxışı keçirib Dekabrın 16-da daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştiraki ilə respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirilib.
Hadisə
16 Dekabr , 2021 18:07
Vilayət Eyvazov sıra baxışı keçirib

Dekabrın 16-da daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun iştiraki ilə respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Sıra baxışında kütləvi informasiya vasitələrində, o cümlədən DİN-in rəsmi saytında və sosial şəbəkələrdəki səhifələrində verilən elana uyğun olaraq nazirliyə onlayn qaydada müraciət edən gənclərdən daha hazırlıqlı olan 337 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 90 nəfəri Vətən müharibəsinin iştirakçıları və şəhid ailələrinin üzvləri olub.

Ümumilikdə isə il ərzində daxili işlər orqanlarında xidmətə qəbul edilən gənclərdən 573 nəfəri torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edən şəxslər və şəhid ailələrinin üzvləri olub.

Nazir V.Eyvazov xidmətə qəbul ediləcək gəncləri qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edərək onlara polis adını və şərəfini daim uca tutmalarını, müasir informasiya texnologiyalarının sirlərinə yiyələnmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını, onlarla ünsiyyətdə, rəftarda hər zaman yüksək mədəniyyət və təmkinlik nümayiş etdirmələrini, ədalətli, obyektiv və dürüst olmalarını, fəaliyyətlərində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını tövsiyə edib.

Son xəbərlər

Orphus sistemi