Vidadi Zeynalovun kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb

Vidadi Zeynalovun kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb Bakı. 4 may. REPORT.AZ/ Bu gün Ali Məhkəmədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalov və digərlərinin barələrində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Hadisə
4 May , 2018 11:43
Vidadi Zeynalovun kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb
Report

Bakı. 4 may. REPORT.AZ/ Bu gün Ali Məhkəmədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalov və digərlərinin barələrində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə V.Zeynalovun müdafiəsinə yeni vəkilin qoşulduğu elan olunub.

Vəkil cinayət işi ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Proses mayın 27-dək təxirə salınıb.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov və digərləri 2015-ci ilin noyabr ayında həbs edilib. Həmin şəxslərin əmlaklarının üzərinə həbs qoyulub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zeynalovla B.Hüseynovun hərbiri 13 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə V.Zeynalovun cəzası 4 ilə və B.Hüseynovun cəzası isə 7 il 6 aya endirilib.

Həmçinin qərara əsasən, V.Zeynalov və digər təqsirləndirilən şəxslərin bəzi əmlaklarının üzərinə qoyulmuş həbs götürülüb. Belə ki, təqsirləndirilən şəxslərin 2009-cu ilə qədər əldə olunan əmlaklarının üzərindən həbs götürülüb və müsadirə dayandırılıb.

Daha sonra V.Zeynalovun ailə üzvləri kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Son xəbərlər

Orphus sistemi