Vidadi Muradovun 30 milyon manatlıq əmlakına həbs qoyulub

Vidadi Muradovun 30 milyon manatlıq əmlakına həbs qoyulub “Azərxalça” ASC-nin İdarə heyətinin sabiq sədri Vidadi Muradovun əmlakına həbs qoyulub.
Hadisə
21 Sentyabr , 2021 09:22
Vidadi Muradovun 30 milyon manatlıq əmlakına həbs qoyulub

“Azərxalça” ASC-nin İdarə heyətinin sabiq sədri Vidadi Muradovun əmlakına həbs qoyulub.

Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Belə ki, istintaq zamanı dövlətə dəymiş ziyanın ödənilməsi məqsədilə təqsirləndirilən şəxs Vidadi Muradov və onun ailə üzvlərinin adlarına olan ümumi dəyəri 30 milyon 587 min manat təşkil edən yaşayış və qeyri-yaşayış sahələri, habelə “Azər-İlmə” MMC-nin səhm paylarının və aktivlərinin üzərinə məhkəmə qərarı ilə həbs qoyulması təmin edilib.

Vidadi Muradovla birgə cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaq davam etdirilir.

Qeyd edək ki, Vidadi Muradovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi