Vətəndaşlara qarşı dələduzluq edən şəxsin məhkəməsi başlayır

Vətəndaşlara qarşı dələduzluq edən şəxsin məhkəməsi başlayır Bakıda 28 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Tahir Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
6 Dekabr , 2019 20:35
Vətəndaşlara qarşı dələduzluq edən şəxsin məhkəməsi başlayır
pexels.com

Bakıda 28 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Tahir Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, cinayət işi baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Hakim Elməddin Hüseynovun icraatında olan iş üzrə hazırlıq iclası dekabrın 18-də keçiriləcək.

Qeyd edək ki, 1965-ci il təvəllüdlü Tahir Sərxan oğlu Ağayev işədüzəltmə şirkətinin rəhbəri kimi, çox sayda insanı işə düzəltmək vədi ilə aldadaraq onlardan müxtəlif məbləğdə pul alıb.

T.Ağayevə Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq) maddəsi ilə ittiham verilib. 

Son xəbərlər

Orphus sistemi