Bakıda vətəndaşlara qarşı dələduzluq edən qadınların şikayəti təmin edilməyib

Bakıda vətəndaşlara qarşı dələduzluq edən qadınların şikayəti təmin edilməyib Bakı Apelyasiya Məhkəməsində vətəndaşlara qarşı müxtəlif yollarla dələduzluq etməkdə təqsirləndirilən İradə Cəfərli və Yeganə Məmmədova barəsində olan hökmdən verilən apelyasiya şikayətinə baxılıb.
Hadisə
15 İyul , 2019 16:31
Bakıda vətəndaşlara qarşı dələduzluq edən qadınların şikayəti təmin edilməyib

Bakı Apelyasiya Məhkəməsində vətəndaşlara qarşı müxtəlif yollarla dələduzluq etməkdə təqsirləndirilən İradə Cəfərli və Yeganə Məmmədova barəsində olan hökmdən verilən apelyasiya şikayətinə baxılıb.

"Report"un xəbərinə görə, hakim Rizvan Səfərovun sədrlik etdiyi kollegiya şikayəti təmin etməyib və onların barəsindəki hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Cəfərli 7 il 7 ay, Y.Məmmədova isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, onlar müxtəlif adlarla 12 nəfəri aldadaraq yarım milyondan çox vəsait ələ keçiriblər. Belə ki, evləri plana düşən “Sovetski” sakinlərinə banklarda girov olan və hərracda ucuz qiymətə satılan evlər tapacağı vədini veriblər. Bundan başqa, aldadılanlar sırasında şəhid olmuş oğluna görə dövlətin verməli olduğu sığorta pulunu almaq istəyən anadan tutmuş, bacısını həbsxanadan çıxarmağa çalışan, mərhum həyat yoldaşının əmlakı ilə bağlı sənədləşməni yoluna qoymaq istəyənlər də var.

Xatırladaq ki, İradə Cəfərli 2016-cı ildə də dələduzluğa görə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi