İşğaldan azad edilmiş 1 166 702 ha ərazidə minaların olması güman edilir

İşğaldan azad edilmiş 1 166 702 ha ərazidə minaların olması güman edilir 10 noyabr sazişindən 15 avqust 2024-cu il tarixinə qədər 224 hadisənin 66 faizi yəni 149-u keçmiş təmas xəttindən kənarda baş verib. Bu hadisələrdə 46 nəfər həlak olub, 214 nəfər yaralanıb.
Hadisə
20 Avqust , 2024 11:35
İşğaldan azad edilmiş 1 166 702 ha ərazidə minaların olması güman edilir

10 noyabr sazişindən 15 avqust 2024-cü il tarixinə qədər 224 hadisənin 66 faizi yəni 149-u keçmiş təmas xəttindən kənarda baş verib. Bu hadisələrdə 46 nəfər həlak olub, 214 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bunu “Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin rəhbəri Hafiz Səfixanov Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi layihəsinin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycanda humanitar minatəmizləmə əməliyyatları BMT standarlarına uyğun aparılır. Bu o deməkdir ki, 99.7 faiz minalardan təmizləmə həyata keçirilməlidir:

“NATO standartlarına əsaslanan hərbi minatəmizləmə əməliyyatları isə təxmini 70 faiz təmizləməni özündə ehtiva edir”.

“İşğaldan azad edilmiş 1 166 702 ha ərazidə minaların olması güman edilir, bunun da 211 800 ha yüksək və 954 902 ha orta və aşağı çirklənmə səviyyəsindədir. Minalar üzrə ekspertlərin Beynəlxalq Böhran Qrupuna verdikləri ilkin məlumatlara görə azad edilmiş ərazinin təxminən beşdə biri yüksək dərəcədə çirklənmiş və təxminən üçdə ikisi humanitar minatəmizləmə üçün prioritet sahə kimi təsnif edilir”- deyə QHT rəhbəri bildirib.

Son xəbərlər

Orphus sistemi