Vergilər Nazirliyinin əməkdaşı Saday Şəkərlinin məhkəməsinə çağırılıb

Vergilər Nazirliyinin əməkdaşı Saday Şəkərlinin məhkəməsinə çağırılıb Məhkəmə prosesi aprelin 14-nə təyin edilib
Hadisə
6 Aprel , 2016 12:40
Vergilər Nazirliyinin əməkdaşı Saday Şəkərlinin məhkəməsinə çağırılıb

Bakı. 6 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən şair Saday Şəkərlinin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hal şahidləri ifadə verib.

Hal şahidlərin istintaqa verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yaranıb.

Məhkəmədə ifadə vermək üçün Vergilər Nazirliyinin əməkdaşı Asif Cahangirova bildiriş göndərilib.

Məhkəmə prosesi aprelin 14-nə təyin edilib.

Qeyd edək ki, 2015-ci il dekabr ayının 24-də Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, Bakı şəhər sakini Saday Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi