Vəkillər Kollegiyasının sədri Gəncədə baş verən terror hadisəsini pisləyib

Vəkillər Kollegiyasının sədri Gəncədə baş verən terror hadisəsini pisləyib Bakı. 19 iyul. REPORT.AZ/ Vəkillər Kollegiyası Gəncə şəhərində baş verən terror hadisəsini, bəd əməlləri pisləyir.
Hadisə
19 İyul , 2018 10:34
Vəkillər Kollegiyasının sədri Gəncədə baş verən terror hadisəsini pisləyib
Anar Bağırov
0 : 00
0 : 00

Bakı. 19 iyul. REPORT.AZ/ "Vəkillər Kollegiyası Gəncə şəhərində baş verən terror hadisəsini, bəd əməlləri pisləyir".

"Report"un xəbərinə görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

A.Bağırov bildirib ki, Azərbaycan dövləti kifayət qədər güclüdür, vətəndaşları ayıqdır: "Heç zaman vətəndaşlarımız və vəkillərimiz bu cür qüvvələrə imkan verməyəcək ki, Azərbaycanda ara qarışsın. Vəkillərimizə təşəkkür edirik ki, mətbuatda və sosial şəbəkədə mövqelərini nümayiş etdirdilər. Gəncədə həbs olunan vətəndaşlar bizə müraciət edirlər. Bu, bizim misiyamızdır, bunu etməliyik. Azərbaycanda hər bir vətəndaşın hüquqi yardım almaq hüquqi var".

Son xəbərlər

Orphus sistemi