Vəkillər Kollegiyasının sədri: "Daha iki imtahan keçiriləcək"

Vəkillər Kollegiyasının sədri: "Daha iki imtahan keçiriləcək" Vəkillər Kollegiyası son 6 ay ərzində iki dəfə imtahan keçirib.
Hadisə
31 May , 2019 12:28
Vəkillər Kollegiyasının sədri: Daha iki imtahan keçiriləcək
Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov / Report / Elchin Murad

"Vəkillər Kollegiyası son 6 ay ərzində iki dəfə imtahan keçirib".

"Report" xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, imtahanlar Kollegiyada mütəmadi davam etdirilir: "Sentyabr ayında yenidən imtahan olacaq. Ola bilsin ki, ilin sonunda daha bir imtahan keçirilsin. Çünki vəkilliyə kifayət qədər böyük maraq var. Hər gün bir neçə namizəd sənəd verib, vəkil olmaq istəyir. Çünki imtahanlar şəffaf və asan keçir. Biz istəyirik ki, daha çox hüquqşünas vəkilliyə qəbul edilsin. Çünki regionlarda vəkillərin sayı azdır. Bütün bu islahatların da bir məqsədi vəkillik institutunun stimullaşdırılması, regionlarda vəkillərin sayının artırılmasıdır".

Son xəbərlər

Orphus sistemi