Bu gün Çin Xalq Respublikasının Quançjo şəhərində I Hüquqşünasların Beynəlxalq Forumu işə başlayıb.
"Report" xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi Forumda memorandum imzalanıb. Azərbaycan tərəfindən Memorandumu Vəkillər Kollegiyasının sədri Anar Bağırov imzalayıb.
“Elmi və Texniki Tərəqqi və Hüquqi Xİdmətlər” mövzusunda konfrans zamanı Azərbaycan Ədliyyə nazirinin müavini Toğrul Musayev çıxış edib. O Azərbaycan məhkəmə sistemində innovasiyalar, maddi-texniki bazanın təkmilləşdirilməsi, məhkəmələrdə və digər məhkəmə orqanlarında elektron xidmətlərin təşviqi barədə danışıb.
Qlobal Hüquqşünaslar Forumu Ümumçin Hüquqşünaslar Assosiasiyasının ev sahibliyi etdiyi qlobal hüquq peşəsi üzrə böyük toplantıdır. Forum Çin Xalq Respublikasının
Tədbirdə hökümət, ədliyyə departamentləri, maliyyə dairələri, beynəlxalq hüquqşünaslar təşkilatlarından 600-dən çox qonaq dəvət olunub.
Qonaqlar Bir Kəmər bir Yol təşəbbüsü və hüquqi xidmətlər, elm və texnologiya, beynəlxalq kommersiya mübahisələrinin həlləri, dövlət hüquqi xidmətləri və sosial öhdəliklər barədə fikir mübadiləsi aparırlar.
Dekabrın 10-da başa çatacaq Forumda Azərbaycan təmsil edən nümayəndə heyətinin tərkibində Vəkillər Kollegiyası Aparatın rəhbəri Fərhad Nəcəfov, Vəkillər Kollegiyasının üzvü Kamandar Nəsibov da var.