Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasında müvafiq qərarlar qəbul edilib

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasında müvafiq qərarlar qəbul edilib Bu gün Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Hadisə
9 Sentyabr , 2019 19:13
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasında müvafiq qərarlar qəbul edilib

Bu gün Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

VK-dan "Report"a verilən məlumata görə, iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov iclas iştirakçılarına Kollegiyanın cari fəaliyyəti, Azərbaycan vəkilliyinin 100 illiyi ilə bağlı keçirilən tədbirlər və ölkə üzrə vəkil qurumlarının fəaliyyətinin optimallaşdırılmasının zərurəti barədə, o cümlədən 08.09.2019-cu il tarixdə keçirilən vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının yazılı test mərhələsinin nəticələri haqqında məlumat verib.

Daha sonra vəkillərin başqa vəkil qurumuna keçmək, bir sıra vəkillərin mükafatlandırılması ilə bağlı məsələlərə, o cümlədən bəzi vəkilliyə namizədlərin Kollegiya üzvlüyünə qəbul məsələsinə baxılıb və müsbət qərar verilib, həmin şəxslər iclasda vəkil andı içiblər.

İclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılıb, müvafiq qərarlar qəbul edilib.

Sonda VK-nın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.

Son xəbərlər

Orphus sistemi