Vəkillər Kollegiyasına üzvlük üçün sənəd qəbulu bərpa olunub

Vəkillər Kollegiyasına üzvlük üçün sənəd qəbulu bərpa olunub Bakı. 9 dekabr. REPORT.AZ/ Azərbaycan Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyəti “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq, quruma üzvlük üçün sənəd qəbulunu bərpa edib.
Hadisə
9 Dekabr , 2017 17:04
Vəkillər Kollegiyasına üzvlük üçün sənəd qəbulu bərpa olunub

Bakı. 9 dekabr. REPORT.AZ/ Azərbaycan Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyəti “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq, quruma üzvlük üçün sənəd qəbulunu bərpa edib.

VK-nın Rəyasət Heyətindən "Report"a verilən məlumata görə, VK üzvlüyünə qəbul olunmaq üçün 2016-cı ildə sənəd vermiş şəxslərin ərizələrinin Vəkilliyə Sənəd Qəbulu Komissiyasında təsdiqləmələri zəruridir.

Sənədlər VK Rəyasət Heyətinin binasında, Bakı şəhəri, Səməd Vurğun küçəsi, 48 ünvanında 2017-ci il dekabr ayının 11-dən 2018-ci ilin yanvar ayının 11-dək bazar və bayram günləri istisna olmaqla hər gün saat 09:30-dan 18:00-dək, şənbə günləri isə saat 10:00-dan 13:00-dək qəbul edilir.

Qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər aşağıda qeyd olunan sənədləri təqdim etməklə VK-nın Rəyasət Heyətinə müraciət edə bilərlər:

1. Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş formada ərizə;

2. Şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq edilmiş surəti;

3. Ali hüquq təhsili barədə diplomun notariat qaydada təsdiq edilmiş surəti;

4. Əmək kitabçasının notariat qaydada və ya iş yerində təsdiq edilmiş surəti;

5. Əqli cəhətdən sağlamlıq barədə tibbi arayış;

6. 3x4 sm və 4x6 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil;

7. Kadrların şəxsi məlumat vərəqəsi;

8. Tərcümeyi hal.

Son xəbərlər

Orphus sistemi