Vəkillər Fikrət Qocanın oğlunu öldürməkdə təqsirləndirilən şəxslərə bəraət istəyib

Vəkillər Fikrət Qocanın oğlunu öldürməkdə təqsirləndirilən şəxslərə bəraət istəyib Bakı. 20 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevi qətlə yetirməkdə təqsirləndirilən Elnur Nəhmədov, Pərviz Hüseynov və Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
20 Noyabr , 2017 15:59
Vəkillər Fikrət Qocanın oğlunu öldürməkdə təqsirləndirilən şəxslərə bəraət istəyib

Bakı. 20 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevi qətlə yetirməkdə təqsirləndirilən Elnur Nəhmədov, Pərviz Hüseynov və Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə E.Nəhmədovun vəkilləri çıxışa hazır olmadıqlarını deyərək məhkəmədən vaxt istəyib.

P.Hüseynov və R.Məmmədovun vəkilləri isə çıxışlarında müvəkkillərinin barələrində bəraət hökmünün çıxarılmasını tələb ediblər.

Məhkəmənin növbəti iclası noyabrın 27-nə təyin edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında E.Nəhmədovun 19 il, R.Məmmədovun 4 il, P.Hüseynovun 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, bu il martın 11-də gecə saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayonu, M.Cəlal küçəsində yerləşən rayon şöbəsinin inzibati binasında Ruslan adlı şəxs oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirib. Y.Qocayev hadisə yerində ölüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Qocayevin tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində E.Nəhmədov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə hər üç şəxs tutulub.

Son xəbərlər

Orphus sistemi