Yuxarı
    Bağlamaq

    Vəkil QMİ-nin sabiq sektor müdirinə bəraət istəyib

    Məhkəmənin növbəti iclası dekabrın 22-nə təyin edilib

    Bakı. 13 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanət etməkdə təqsirləndirilən ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sabiq sektor müdiri Elşən Mustafaoğlunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    "Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən qapalı prosesdə E.Mustafaoğlunun vəkili Əfqan Məmmədov müdafiə çıxışı edib.

    O, hüquqlarını müdafiə etdiyi şəxsin günahsız olduğunu bildirib. Ə.Məmmədov müvəkkilinin barəsində irəli sürülən maddə ilə razı olmadığını deyib. Vəkil E.Mustafaoğlunun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

    E.Mustafaoğlu son sözlə çıxış etmək üçün məhkəmədən vaxt istəyib.

    Məhkəmənin növbəti iclası dekabrın 22-nə təyin edilib.

    Xatırladaq ki, ötən məhkəmə iclasında dövlət ittihamçısı çıxışında E.Mustafaoğlunun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Qeyd edək ki, E.Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi