Vəkil Bakıda biznesmenin dələduzluqda təqsirləndirilən arvadına bəraət istəyib

Vəkil Bakıda biznesmenin dələduzluqda təqsirləndirilən arvadına bəraət istəyib Məhkəmə sentyabrın 26-dək təxirə salınıb
Hadisə
25 Sentyabr , 2017 12:18
Vəkil Bakıda biznesmenin dələduzluqda təqsirləndirilən arvadına bəraət istəyib

Bakı. 25 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta sənəd düzəltməkdə və dələduzluqda təqsirləndirilən Təyminə Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Janna Bağırova müdafiə çıxışı edib.

O, hüquqlarını müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Daha sonra T.Abdullayeva son söz üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə sentyabrın 26-dək təxirə salınıb. Həmin gün T.Abdullayevaya hökm oxunacağı gözlənilir.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında T.Abdullayevanın 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, T.Abdullayeva ötən il iyunun 21-də polis əməkdaşları tərəfindən saxlanılıb, onun barəsində heç yerə getməmək bağlı iltizam tədbiri seçilib.

T.Abdullayeva barəsində cinayət işi həyat yoldaşı, biznesmen Barat Abdullayevin şikayəti əsasında başlanlıb. Belə ki, B.Abdullayev şikayətində bildirib ki, arvadı T.Abdullayeva birgə nikahdan olan yaşayış sahəsini satıb pulunu ələ keçirmək məqsədilə yeni şəxsiyyət vəsiqəsini saxtalaşdırmaqla əldə edib. Bundan sonra həmin sənəddən istifadə edərək qeyd edilən mənzili 250 min manata özgəninkiləşdirərərək, ona 890 min manat məbləğində ziyan vurub.

Son xəbərlər

Orphus sistemi