Yuxarı

Üstünə pəncərə şüşəsi düşən Hacıqabul sakini xəsarət alıb

Vəziyyəti ağır olduğundan o, Bakıya göndərilib

Hacıqabul. 26 avqust. REPORT. AZ / Hacıqabul rayonunda bədbəxt hadisə baş verib. “Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Nəvahi kəndində qeydə alınıb.
Həmin kəndin sakini, 24 yaşlı Elvin Habil oğlu Kazımov sağ qolunun vətərlərinin kəsilmiş diaqnozu ilə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.

Zərərçəkənin yaxınları bildirib ki, E.Kazımovun üstünə pəncərə şüşəsi düşüb və onun qolunu kəsib.

Xəstəxanada ona ilk tibbi yardım göstərildiyindən sonra vəziyyəti ağır olduğundan o, Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi