Bakıda usta işlədiyi evdən 5700 dollar oğurlayıb

Hadisə
  • 21 yanvar, 2019
  • 08:22
Bakıda usta işlədiyi evdən 5700 dollar oğurlayıb

Bakı. 21 yanvar. REPORT.AZ/ Bakıda evdən 5700 ABŞ dolları oğurlanıb. 

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.  

Belə ki, Yasamal rayon Polis idarəsinin 26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-də rayon ərazisindəki evlərin birindəki seyfdən 5700 ABŞ dolları oğurlamaqda şübhəli bilinən, həmin evdə usta işləmiş Bakı şəhər sakini Elnur Nağıyev saxlanılıb.