UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri ANAMA-da olub

UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri ANAMA-da olub 2021-ci il 23 sentyabr tarixində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Aleks Haykens ilə görüşüb.
Hadisə
23 Sentyabr , 2021 17:22
UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri ANAMA-da olub

Sentyabrın 23-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin yeni təyin olunan rəhbəri Aleks Haykens ilə görüşüb.

Bu barədə "Report"a ANAMA-dan məlumat verilib.

Görüş zamanı V.Süleymanov yeni təyinatı ilə bağlı Aleks Haykensi təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra Agentliyin yaradılması, məqsəd və üzərinə düşən vəzifələri, qarşıya qoyulan prioritetləri, eləcə də işğaldan azad edilən ərazilərdə icra edilən minatəmizləmə əməliyyatlarının gedişatı barədə məlumat verib.

Mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə proqramı çərçivəsində ANAMA ilə UNICEF-in bir neçə uğurlu layihələri haqda məlumat verən V.Süleymanov mina riskinin azaldılması sahəsində göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.

UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Aleks Haykens UNICEF ilə Agentliyin 20 ilə yaxın sıx əməkdaşlıq tarixçəsinin olduğunu qeyd edib. İşğaldan azad edilən ərazilərin yaxınlığında yaşayan ailə və uşaqlar arasında təhlükəsiz davranış qaydaları və məlumatlılığın artırılması məqsədilə minimum risklərə nail olmaq üçün ikitərəfli əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi