“Unicapital” investisiya şirkətinin xalis mənfəəti 11% artıb

“Unicapital” investisiya şirkətinin xalis mənfəəti 11% artıb Bakı. 3 iyul. REPORT.AZ/ “Unicapital İnvestisiya Şirkəti” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 2,651 mln. manat təşkil edib.
Hadisə
3 İyul , 2018 09:52
“Unicapital” investisiya şirkətinin xalis mənfəəti 11% artıb
0 : 00
0 : 00

Bakı. 3 iyul. REPORT.AZ/ “Unicapital İnvestisiya Şirkəti” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 2,651 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 11,3% azdır.

2017-ci ildə “Unicapital”ın cəmi öhdəlikləri 17,4% azalaraq 1,785 milyon manata düşüb, cəmi kapitalı isə 5% artaraq 867 min manata çatıb.

Ötən il investisiya şirkətinin əsas gəlirləri 998 min manat (əvvəlki ilə nisbətən 33,6% çox), əsas xərcləri 375 min manat (2,9 dəfə çox, digər xərcləri132 min manat (əvvəlki ilə gəlir olub) təşkil edib. Son nəticədə maliyyə qurumunun vergiyəqədərki mənfəəti 492 min manat olub ki, bu da illik müqayisədə 11,3% çoxdur.

2017-ci ildə “Unicapital” 2016-cı ilə nisbətən 11,5% çox – 99 min manat mənfəət vergisi ödəyib və ili 393 min manat xalis zərərlə başa vurub. Bu, əvvəlki ilə nisbətən 11,3% çoxdur. 

Son xəbərlər

Orphus sistemi