Ukraynanın tanınmış dərgiləri Azərbaycandan yazıb

Ukraynanın tanınmış dərgiləri Azərbaycandan yazıb Ukraynanın tanınmış “İmena” ictimai-siyasi jurnalının və “Bioqrafik Ensiklopediya” dərgisinin növbəti sayı bu ölkədəki azərbaycanlılardan, o cümlədən Azərbaycandan bəhs edir.
Hadisə
22 Yanvar , 2020 16:38
Ukraynanın tanınmış dərgiləri Azərbaycandan yazıb

Ukraynanın tanınmış “İmena” ictimai-siyasi jurnalının və “Bioqrafik Ensiklopediya” dərgisinin növbəti sayı bu ölkədəki azərbaycanlılardan, o cümlədən Azərbaycandan bəhs edir.

"Report"un xəbərinə görə, Ukraynadakı Azərbaycan diasporunun uğurlarından söz açılan dərgilərdə Nikolayev vilayətində fəal azərbaycanlı, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin vilayət üzrə sədri Yunus Əliyevin gördüyü işlərdən, əsasən də, onun tərəfindən İkinci Dünya müharibəsində azərbaycanlıların da fəal döyüşdüyü 416-cı Taqanroq diviziyası şərəfinə bu ölkədə ucaldılan abidədən bəhs edilir.

Dərgilərdə digər azərbaycanlıların da xidmətlərindən söz açılır.

Jurnalda azərbaycanlıların Ukraynadakı xidmətləri ilə yanaşı, Azərbaycanın ölkə olaraq müstəqillik əldə etdikdən sonra keçdiyi uğurlu yol, inkişaf sürətindən, hazırda dünyada olan nüfuzundan danışılır.

Son xəbərlər

Orphus sistemi