Ukraynadan Rusiyaya qanunsuz keçmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb

Ukraynadan Rusiyaya qanunsuz keçmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb Onun barəsində protokol tərtib olunub
Hadisə
9 Yanvar , 2018 06:50
Ukraynadan Rusiyaya qanunsuz keçmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Ukraynanın Xarkov sərhəd dəstəsinin əməkdaşları dövlət sərhədinin 200 metrliyində qanunsuz olaraq Rusiya ərazisinə keçmək istəyən dörd nəfərdən ibarət qrupu saxlayıb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Saxlanılanlardan ikisinin Gürcüstan, birinin isə Azərbaycan vətəndaşı olduğu bildirilir. Onları Ukrayna vətəndaşı müşayiət edib. Qanun pozuntusu qeydə alındıqdan sonra sözügedən şəxslər inzibati-prosessual sənədlərin tərtib olunması üçün sərhəd bölməsinə aparılıb.

Azərbaycan və Gürcüstan vətəndaşları barəsində Ukrayna dövlət sərhədlərinin qanunsuz olaraq keçilməsi və ya keçilməsinə cəhd maddəsi üzrə protokol tərtib olunub.

Son xəbərlər

Orphus sistemi