Yuxarı

​Ukraynadan keçən azərbaycanlı yol qəzasına düşərək ölüb

BMW markalı avtomobil onun idarə etdiyi Mercedesə çırpılıb

Bakı. 2 İyul. REPORT.AZ/ Ötən gün Ukrayna ərazisindən tranzit kimi istifadə edən Azərbaycan vətəndaşı ağır yol qəzasına düşərək dünyasını dəyişib.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, hadisə Poltavşina ərazisində qeydə alınıb.

Onun idarə etdiyi "Mercedes" markalı avtomobilə əvvəlcə "BMW", ardınca isə "KamAZ" çırpılıb. Güclü zərbə həmyerlimiz üçün ölümcül olub. "BMW"nin qadın sürücüsü və iki uşaq xəstəxanaya yerləşdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi