Ukraynada sərhədi qanunsuz keçməyə cəhd göstərən Azərbaycan vətəndaşı saxlanılıb

Ukraynada sərhədi qanunsuz keçməyə cəhd göstərən Azərbaycan vətəndaşı saxlanılıb Bakı. 8 yanvar. REPORT.AZ/ Ukraynanın Xarkov vilayətinin Rusiya ilə sərhəd ərazisində sərhədçilər üç əcnəbini və onlara yol göstərən şəxsi saxlayıb.
Hadisə
8 Yanvar , 2018 17:28
Ukraynada sərhədi qanunsuz keçməyə cəhd göstərən Azərbaycan vətəndaşı saxlanılıb
unn.com.ua

Bakı. 8 yanvar. REPORT.AZ/ Ukraynanın Xarkov vilayətinin Rusiya ilə sərhəd ərazisində sərhədçilər üç əcnəbini və onlara yol göstərən şəxsi saxlayıb.

"Report" UNN-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən bildiriblər.

İki Gürcüstan vətəndaşı və bir Azərbaycan vətəndaşı Ukrayna vətəndaşının müşayiəti ilə qanunsuz şəkildə Rusiya-Ukrayna dövlət sərhədini keçməyə çalışıb.

Saxlanılanlar inzibati-prosessual sənədlərin tərtibi üçün sərhəd bölməsinə aparılıb.

Əcnəbi vətəndaşlar barəsində Ukraynanın dövlət sərhədini qanunsuz keçmə və ya keçməyə cəhd etmə, ukraynalı vasitəçi barəsində isə şəxslərin qanunsuz şəkildə Ukrayna dövlət sərhədinə yönləndirilməsi maddələri üzrə cinayət işi başladılıb.

Son xəbərlər

Orphus sistemi