Ukraynada karantin qaydalarını pozan azərbaycanlılar deportasiya olunub

Ukraynada karantin qaydalarını pozan azərbaycanlılar deportasiya olunub Deportasiyaya səbəb koronavirus pandemiyası ilə bağlı karantin qaydalarını pozma və polisə müqavimət olub.
Hadisə
30 Noyabr , 2020 11:27
Ukraynada karantin qaydalarını pozan azərbaycanlılar deportasiya olunub
0 : 00
0 : 00

Ukraynanın İvano-Frankovsk vilayətindən 2 Azərbaycan vətəndaşı deport olunub.

“Report”un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşları - 36 yaşlı Hüsüyev Hüsü Kərim oğlu və 30 yaşlı Əzizli Rəşad Qulu oğlu yerli məhkəmənin qərarı ilə ölkədən çıxarılıblar.

Deportasiyaya səbəb adı çəkilən şəxslərin təkrar ictimai asayişi, koronavirus pandemiyası ilə bağlı karantin qaydalarını pozma və polisə müqavimət olub.

Qeyd edək ki, Ukraynada indiyədək 722 679 nəfərdə COVID-19 aşkarlanıb. Onlardan 339 378 nəfər sağalsa da, 12 213 nəfər ölüb. Hazırda ölkədə 371 088 aktiv koronavirus xəstəsi var. Hazırda Ukraynada həftəsonu karantin rejimi tətbiq olunsa da, bunun özünü doğrultmadığı da bildirilib. Ölkədə karantin rejiminin daha da sərtləşdirilməsi, dekabrda bayram günlərində də bunun tətbiq olunacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi