Ukraynada beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı tutulub

Ukraynada beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı tutulub O, narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunur
Hadisə
26 Fevral , 2018 22:31
Ukraynada beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı tutulub

Bakı. 26 fevral. REPORT.AZ/ Ukraynanın Zaparojye vilayətində beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə sözügedən vilayətin polis idarəsi məlumat yayıb.

Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsi cinayətlərinin törədilməsinə görə axtarışa verilən 54 yaşlı şəxs Melitopol şəhərində ələ keçib. O, Ukrayna ərazisində qanunsuz yaşayıb.

Ona qarşı Ukrayna ərazisində yaşama qaydalarının pozulmasına görə inzibati protokol tərtib olunub.

Son xəbərlər

Orphus sistemi